® “Kapital Bank” və “Qırmızı Ürək”lərin iştirakı ilə Xəzərin Hövsan sahili tullantılardan təmizlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən “Təmiz ölkəm” təmizlik aksiyasına “Kapital Bank” və “Qırmızı Ürəklər Fondu” da qoşuldu. Ötən həftəsonu baş tutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri Xəzərin Hövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
Təşkil olunan ekoloji aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin, “Saipem” və “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahət edən sakinlər də qatıldılar.
Aksiya zamanı ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdən daşınıb.
“Qırmızı Ürəklər Fondu”nun vitse-prezidenti Yusif Poladov bildirdi ki, təmizlik aksiyasının keçirilməsində məqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməklə sahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizə qayğı ilə yanaşmağa çağırdı.
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə, sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb