×
A
A
A
Sazlamalar

Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib

Bakı, 22 avqust, AZƏRTAC

Ötən gün Xəzərdə batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum” sularda xilasetmə məntəqəsinin ərazisində və “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.

Hadisə 2023-08-22 00:41:00