×
A
A
A
Sazlamalar

Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 166 doza vaksin vurulub

Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 14-dən 20-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 166 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 29, ikinci doza vaksinlərin sayı 38, üç və daha çox doza vaksinlərin sayı 89, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 10-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 857, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 152, ikinci mərhələ üzrə 4 milyon 884 min 309, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 14, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 382-dir.

Səhiyyə 2023-08-21 17:56:00