×
A
A
A
Sazlamalar

® “Araz” supermarketlər şəbəkəsi “Atma, yarat, sat!” sosial layihəsinə qoşulub

“Araz” supermarketlər şəbəkəsi özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində əhəmiyyətli sosial layihələrə dəstək göstərməkdə davam edir. Bu istiqamətdə “Araz” supermarketlər şəbəkəsi “Atma, yarat, sat!” sosial layihəsinə qoşulub.

Layihə çərçivəsində fiziki imkanları məhdud olan insanlar və Vətən müharibəsində sağlamlığını itirən yaradıcı şəxslərin əl işləri “Araz” marketlərində müştərilərə təqdim olunub və satışı həyata keçirilib.
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində keçirilən sərgi-satış “Araz” müştəriləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. Layihənin məqsədi də lazımsız hesab edilən əşyaların fiziki imkanları məhdud olan yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə göstərmək, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək vermək, eləcə də tullantıların həcmini azaltmaqdır.

Sosial 2023-08-21 12:06:00