×
A
A
A
Sazlamalar

FHN: Dənizdə batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas olunub

Bakı, 21 avqust, AZƏRTAC
Dənizdə batma təhlükəsi ilə üzləşən 13 nəfər xilas olunub.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHM) məlumat verilib. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Nardaran-2” sularda xilasetmə məntəqələrinin ərazisində “Mərdəkan”, “Bilgəh”, “Nardaran-2”, “Zuğulba-3”, “Şirvan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) və “Aran” dalğıc-axtarış qrupundan kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 13 nəfər xilas olunub.

Hadisə 2023-08-21 00:21:00