×
A
A
A
Sazlamalar

Sabunçuda avtomobil yandırılıb

Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2023-08-18 12:30:00