×
A
A
A
Sazlamalar

Məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə Körpələr Evinə təhvil verilib

Bakı, 17 avqust, AZƏRTAC

Ötən ay məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanadan buraxılıb.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb. Müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb. Onun çəkisi isə 3 kiloqram 600 qramdan çox olub.
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.

Səhiyyə 2023-08-17 16:32:00