×
A
A
A
Sazlamalar

“YAŞAT” düşərgəsinin 5-ci həftəsi davam edir

Bakı, 17 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, beşinci həftənin 3-cü və 4-cü günləri uşaqların “Faceart”, idman, hovuz saatları, eləcə də psixoloqlarla görüşləri ilə davam etdirilib.
Peşəkar boksçu, bir çox beynəlxalq turnirlərin qalibi Teymur Məmmədov düşərgənin qonağı olub. O, uşaqlara boks haqqında məlumat verib, bu idman növünün fəndləri ilə iştirakçıları tanış edib.
Xalq artisti Aygün Kazımova və gənclərin sevimlisi Murad Arifin möhtəşəm konsert proqramı baş tutub. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Əsnadın doğum günü də elə səhnədə qeyd olunub, ad günü tortu kəsilib. Uşaqlar müğənnilərlə birlikdə mahnıları səsləndirib, rəqs edib, unudulmaz anlar yaşayıblar.
Layihənin baş sponsoru “Bakcell” tərəfindən rəqəmsal dünya ilə tanışlıq və proqramlaşdırma mövzusunda təlim keçirilib. Sonda düşərgə iştirakçılarına hədiyyələr təqdim edilib.
Dj Fatehin uşaqlarla görüşündə intellektual səviyyənin yoxlanması məqsədilə ümumilikdə 20 sual təqdim olunub, ən çox xal toplayan komanda qalib elan edilib.
Gün hotel daxili əyləncə, stolüstü idman oyunları və kino saatı ilə davam edib.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli, baş sponsor Bakcell, sponsorları “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, dəstəkçiləri “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, “Gənc Psixoloqlar” İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, “Panda Kids” mağazalar şəbəkəsi, “Elm Galaxy” MMC, “Libraff” kitab mağazaları şəbəkəsi, “Happy Day Cake”, Booo.az, “Milla”, “Gədəbəy Mineral Suları” MMC, “Bilim Bakı” mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası, media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

Sosial 2023-08-17 11:42:00