×
A
A
A
Sazlamalar

Sumqayıtda kütləvi zəhərlənmə olub

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Hadisə 2023-08-16 19:50:00