İyunun sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1335 milyon manat olub
Bakı, 16 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərraclarda da ümumən tələbin təklifi üstələməsi müşahidə olunub. Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli 52 not hərracı keçirib. İyun ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1335 milyon manat təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, dövr ərzində notların hərraclarda formalaşan gəlirliyi artıma meyilli olsa da, iyun ayında azalma müşahidə edilib. Son hərraclarda formalaşan gəlirlik 28 günlük notlar üzrə 5.89 faiz, 84 günlük notlar üzrə 7.34 faiz, 168 günlük notlar üzrə 8.31 faiz, 252 günlük notlar üzrə isə 8.85 faiz olub. Mərkəzi Bankın notları üzrə gəlirlik digər maliyyə alətlərinin faizlərinə təsir göstərməklə gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynayır.
Həmçinin dövr ərzində sterilizasiya məqsədli 240 milyon manat həcmində 7 günlük 2 REPO hərracı keçirilib. Hesabat dövründə pul təklifinin daha effektiv tənzimlənməsi və yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün məcburi ehtiyat normalarının diferensiallaşma qaydasına və səviyyəsinə dəyişikliklər edilib. 2023-cü ilin fevralından banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıblar. Hesabat dövründə məcburi ehtiyat normalarının ortalama rejimində tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb