×
A
A
A
Sazlamalar

İnvestisiya qiymətli kağızlar üzrə ödənilən dividend gəlir vergisindən azaddır

Bakı, 15 avqust, AZƏRTAC

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən, bu ilin fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.


Maliyyə 2023-08-15 11:07:00