×
A
A
A
Sazlamalar

İyul ayında 31 aptekdə yoxlama aparılıb

Bakı, 14 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü il iyul ayı ərzində ümumilikdə 31 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 2 protokol tərtib edilib.

Səhiyyə 2023-08-14 14:23:00