×
A
A
A
Sazlamalar

Sumqayıtda qeydiyyata alınmış vergiödəyicisinin vergi öhdəlikləri nədən ibarətdir?

Bakı, 14 avqust, AZƏRTAC

Sumqayıt şəhərində qeydiyyata alınmış vergiödəyicisinin vergi ödənişləri neçə faizlə hesablanır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergiödəyicisi kimi uçota alınmalıdır.
Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Vergiödəyicisi fərdi sahibkar olaraq digər vergiödəyicisinə xidmət etdiyi üçün sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Həmçinin Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğu halda isə gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə etmək mümkündür.

Maliyyə 2023-08-14 10:52:00