×
A
A
A
Sazlamalar

FHN: Kür çayında batanların meyitləri dalğıc-axtarış qrupu tərəfindən tapılıb

Bakı, 13 avqust, AZƏRTAC

Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisində batan iki nəfərin axtarışları başa çatıb.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, batan şəxslərin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə 2023-08-13 20:49:00