×
A
A
A
Sazlamalar

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələr quraşdırılıb

Bakı, 10 avqust, AZƏRTAC

Paytaxtın Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə prospektin şəhər istiqamətində, 26,4-cü kilometrdə sözügedən lövhələr quraşdırılıb.
Lövhələrin quraşdırılması işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb.

Tikinti̇ 2023-08-10 16:32:00