×
A
A
A
Sazlamalar

Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb

Bakı, 4 avqust, AZƏRTAC

Paytaxtın Xətai rayonunun Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.
Alov Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Hadisə 2023-08-04 16:43:00