×
A
A
A
Sazlamalar

Bu ilin 6 ayında mehmanxanalarda gecələmələrin sayı 33 faizədək artıb

Bakı, 25 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artaraq 1 363,2 min olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gecələmələrin ümumi sayının 61,1 faizi Bakıda, 5,0 faizi Qusarda, 4,8 faizi Qubada, 4,4 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,0 faizi Şabranda, 2,8 faizi Lənkəranda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,2 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 1,0 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,7 faizi Mingəçevirdə, 0,7 faizi Şuşada, 0,7 faizi Qaxda və 5,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 faiz artaraq 788,1 min olub ki, bu da ümumi gecələmələrin 57,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi İsrail, 4,0 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 575,1 min olub ki, bu da ümumi gecələmələrin 42,2 faizini təşkil edir.

 

Turizm 2023-07-25 17:55:00