×
A
A
A
Sazlamalar

İyulun 22-si Ümumdünya Beyin Günüdür

Bakı, 22 iyul, AZƏRTAC

İnsanların fəaliyyəti, işgüzarlığı, istedadı, dünyagörüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin - sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əmsalları beyin vasitəsilə tənzim olunur. Görmə, eşitmə, qoxu, dadbilmə və digər vacib hissiyyatların dərk edilib, müvafiq cavab reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən asılıdır.
AZƏRTAC xəbər verir ki, beyinlə əlaqəli xəstəliklərdən qorunma və beyin sağlamlığının vacibliyinə diqqət çəkmək məqsədilə Ümumdünya Nevrologiya Federasiyası iyulun 22-ni Ümumdünya Beyin Günü kimi elan edib.
Beyin hüceyrələri uzun müddət oksigen çatışmazlığına məruz qaldıqda bir sıra təhlükəli xəstəliklərə - ürəyin işemik xəstəliklərinə, infarkta, insulta əlverişli zəmin yaranır.
Vaxtaşırı başağrıları, əsəbi gərginliklər, yaddaşın, yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması, ilk növbədə, beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə bağlıdır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz bu mərkəzlər vasitəsilə idarə və tənzim olunur.

 

 

 

 

Səhiyyə 2023-07-22 10:39:00