×
A
A
A
Sazlamalar

“Bu il Hindistandan ölkəmizə 47 mindən çox ziyarətçi səfər edib” – açıqlama

Bakı, 20 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilliyində Hindistandan Azərbaycana 47 min 670 nəfərdən çox xarici ziyarətçi səfər edib.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.
Qeyd olunan ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çoxdur ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artım deməkdir.
Agentlikdən verilən məlumata görə, cari ilin avqust ayından etibarən “IndiGo Airlines” aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır.

Turizm 2023-07-20 15:45:00