×
A
A
A
Sazlamalar

Londonda qastroturizm imkanları nümayiş etdirilib

Bakı, 17 iyul, AZƏRTAC

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən “National Geographic Traveller” kulinariya festivalında təbliğ edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim olunub.
Festivalın ziyarətçiləri plov, qutab, kükü kimi milli kulinariya nümunələrini, o cümlədən Azərbaycan şərablarını dadmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində “Çay mərasimi”, “Düyü və zəfəran” master-klasları, Azərbaycan şərablarının dequstasiyası mərasimləri keçirilib.
Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib.

Turizm 2023-07-17 17:18:00