×
A
A
A
Sazlamalar

Tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var

Bakı, 17 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə 17 vakant yer var.
AZƏRTAC xəbər verir ki, bunu Milli Mətbuat Gününə həsr olunan tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O qeyd edib ki, TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi var: “Həmin xəstəxanalarda ictimaiyyətlə əlaqələr üzrə ştat vahidlərinin sayı 110-dur. Bu ştatlar üzrə hazırda 83 nəfər çalışır. Ümumilikdə isə bu sahə üzrə 17 yer vakantdır. Ştat vahidi olmayan yerlərin sayı isə 3-dür".

Səhiyyə 2023-07-17 12:37:00