×
A
A
A
Sazlamalar

Nizami rayonunda təkər tullantıları yanır

Bakı, 7 iyul, AZƏRTAC

Paytaxtın Nizami rayonunda təkər tullantıları yanır.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə rayonun Mikayıl Əliyev küçəsi yaxınlığında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, boş ərazidə təkər tullantıları yanır.

 

Hadisə 2023-07-07 13:41:00