×
A
A
A
Sazlamalar

Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakı, 2 iyul, AZƏRTAC

Qaradağda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 kvadratmetr sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-07-02 23:56:00