×
A
A
A
Sazlamalar

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Bakı, 2 iyul, AZƏRTAC
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Bilgəh”, “Corat” sularda xilasetmə məntəqələrinin ərazisində və “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Hadisə 2023-07-02 22:44:00