×
A
A
A
Sazlamalar

Prokurorluq: Gəncə şəhərində törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-si saat 11 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektində yerləşən iaşə obyektlərinin birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunub, digər prosessual hərəkətlər aparılır.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.

Hadisə 2023-06-28 12:58:00