×
A
A
A
Sazlamalar

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs - qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. Həmin şəxs saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə 2023-06-26 18:37:00