×
A
A
A
Sazlamalar

DİN: “Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib

Bakı, 15 iyun, AZƏRTAC

“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib.
AZƏRTAC xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, sosial şəbəkə seqmentlərində yayılan hər informasiya doğru deyil: “Dəqiqləşdirməyi tövsiyə edirik. DİN-in mətbuat xidməti 7/24 rejimdə fəaliyyət göstərir.
“Son zəng” günü məzun ölümü ilə bağlı hər hansı ağır hadisə baş verməyib. Bütün ölkə üzrə DİN əməkdaşları - yol polisi, post-patrul xidməti və digər xidmət əməkdaşları gərgin rejimdə çalışıblar.
Bütün məzunları bu gün münasibətilə təbrik edirik, onlara təhlükəsiz həyat arzulayırıq”.

Hadisə 2023-06-15 00:13:00