×
A
A
A
Sazlamalar

Ağcabədidə çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi məhv edilib

Bakı, 14 iyun AZƏRTAC
Ağcabədinin Xocavənd kəndi ərazisində çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi məhv edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xocavənd kəndi ərazisində yabanı halda bitən, çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Araşdırma aparılır.

Hadisə 2023-06-14 11:35:00