×
A
A
A
Sazlamalar

“Azərikimya”: Etilen-Polietilen zavodunda yanğın zamanı bir nəfər yüngül xəsarət alıb

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-Polietilen zavodunda qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

 

Hadisə 2023-06-13 14:32:00