×
A
A
A
Sazlamalar

Mingəçevirdə üç nəfər bıçaq xəsarəti alıb

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 11-də gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri – 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və iki qardaş Samir və Seymur Zeynalovlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarəti alıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, tərəflərin xəsarətlərinin dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Faktla bağlı şəhər polis şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

Hadisə 2023-06-12 14:16:00