×
A
A
A
Sazlamalar

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb

Bakı, 11 iyun, AZƏRTAC
Bu gün saat 18.00 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2023-06-11 20:33:00