×
A
A
A
Sazlamalar

Xırdalanda attraksiondan yıxılan qadın xəstəxanada ölüb

Bakı, 10 iyun, AZƏRTAC

Xırdalanda qadın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, iyunun 8-də Abşeron rayonunun Xırdalan şəhərindəki parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə 2023-06-10 12:22:00