×
A
A
A
Sazlamalar

Qazaxda çətənə kolları məhv edilib

Bakı, 6 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 5 tondan çox olan, 12 min 500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Hadisə 2023-06-06 08:24:00