×
A
A
A
Sazlamalar

DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib

Bakı, 4 iyun, AZƏRTAC

Havanın isti keçməsi ilə əlaqədar xüsusən həftəsonunda vətəndaşlarımızın asudə vaxtlarının, istirahətlərinin tam təhlükəsiz formada təmin edilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyinin təsdiq etdiyi xüsusi plana əsasən mərkəzi küçə və prospektlərlə yanaşı, dənizkənarı ərazilərdə yerləşən istirahət və əyləncə obyektlərinə üz tutanların əhəmiyyətli dərəcədə artdığını nəzərə alıb, yollarda nəqliyyatın fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması məqsədilə gücləndirilmiş qaydada xidmət təşkil olunur.
Bu barədə AZƏRTAC-a Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Ötən gecə Suraxanı Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının xidməti ərazisində keçirilən tədbirlər zamanı 1 sərxoş sürücü, 2 sürücülük hüququ olmayan, 4 etibarnaməsiz, 13 yük avtomobili (şəhərə vaxtsız girməyə cəhd edən) saxlanılıb və bir qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib.
Nəzarət-profilaktik tədbirlər bütünlükdə paytaxt ərazisini əhatə edir.

Hadisə 2023-06-04 14:42:00