×
A
A
A
Sazlamalar

Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də saat 19:30 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində kənd sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2023-05-31 20:58:00