×
A
A
A
Sazlamalar

“Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn ziyarətçilərin sayı artmaqdadır” - açıqlama

Bakı, 30 may, Emil Məlikov, AZƏRTAC

Cari ilin son 4 ayı üzrə Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn ziyarətçilərin sayı artmaqdadır. Qeyd edək ki, ümumvətəndaş pasportlarına malik Azərbaycan və BƏƏ vətəndaşları üçün vizasız rejimin tam tətbiqindən sonra Birləşmiş Ərəb Əmirlikləri üzrə ölkəmizə gələn ziyarətçi sayının artımı xeyli yüksələcək. Hazırda Dubay, Şarjah və Əbu-Dabi şəhərləri üzrə həftədə 45 dəfədən çox uçuş həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Qeyd edək ki, ölkəmiz may ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilən “ATM Dubai 2023” (Arabian Travel Market 2023) beynəlxalq turizm və səyahət sərgisində milli stendlə təmsil olunub. Eyni zamanda, Yaxın Şərq üzrə əsas ölkələrdən olan Qətərlə həftədə 7 dəfə olmaqla uçuşlar davam etdirilir.


 

Turizm 2023-05-30 13:00:00