×
A
A
A
Sazlamalar

Ağsu rayonunda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib

Bakı, 29 may, AZƏRTAC

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən ümumi çəkisi 1 tondan artıq olan 2763 çətənə kolu kökündən çıxarılıb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Hadisə 2023-05-29 11:13:00