Siyəzəndə əməliyyat: 2 nəfər saxlanılıb
Bakı, 27 may, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və əkilib-becərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.
Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO