×
A
A
A
Sazlamalar

Göygöldə selin qurbanı olan gəncin tapılması istiqamətində axtarış işləri aparılır

Bakı, 26 may, AZƏRTAC

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müəyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.

Hadisə 2023-05-26 06:46:00