×
A
A
A
Sazlamalar

Üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib VİDEO

Bakı, 24 may AZƏRTAC

Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkarlanaraq götürülüb.
Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.

Hadisə 2023-05-24 13:15:00

Video