“Səudiyyə Ərəbistanından ölkəmizə gələn ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub” – açıqlama
Bakı, 23 may, AZƏRTAC
Ötən ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda, Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.
“2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 min 288 xarici vətəndaş səfər edib ki, bunun da 52 faizini Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib”.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib