×
A
A
A
Sazlamalar

Bakıda evdə yanğın baş verib

Bakı, 22 may, AZƏRTAC

Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2023-05-22 09:02:00