×
A
A
A
Sazlamalar

Yasamalda qəbiristanlıqdan barmaqlıqlar oğurlanıb

Bakı, 15 may, AZƏRTAC

Yasamalda qəbiristanlıqdan 3 min manatlıq oğurluq edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda məzarların kənarından dəyəri 3 min manatdan çox olan dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumatlar daxil olub. Oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Bağırov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2023-05-15 11:07:00