×
A
A
A
Sazlamalar

Şüvəlanda evdən 7 min manat dəyərində məişət əşyaları oğurlanıb

Bakı, 27 aprel, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsi 1-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən yeddi min manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2023-04-27 11:51:00