Alyona Kvinenkova: Çox şadıq ki, Bakıda keçirilən sərgidə yenə iştirak edə bildik
Bakı, 4 aprel, AZƏRTAC
Biz Bakıda keçirilən beynəlxalq sərgidə artıq neçənci dəfədir ki, iştirak edirik. Axırıncı dəfə 2019-cu ildə burada olmuşuq. Təəssüf ki, sonra pandemiya səbəbindən hər yer bağlı idi. Çox şadıq ki, buraya qayıda bildik.
Çexiya Milli Turizm İdarəsinin nümayəndəsi, bu gün Bakı Ekspo Mərkəzində açılmış XIX “Turizm və səyahətlər” Azərbaycan beynəlxalq sərgisində (AITF 2023) iştirak edən Alyona Kvinenkova bu fikirləri AZƏRTAC-ın müxbirinə söyləyib.
A.Kvinenkova deyib: “Bizim builki stendimizdə Çexiyanın Karlovı Varı, Marianske-Lazne, Frantişkovı-Lazne, Teplitse, Yaximov kurortları təqdim edilir. Çox şadıq ki, Bakı ilə Praqa arasında birbaşa gediş-gəliş bərpa olunub. Bizim kurortları məşhurlaşdıran mineral sular bir sıra xəstəliklərin müalicəsinə kömək edir. Buna görə turistlər həmin kurortlarda həm dincəlir, həm də öz sağlamlıqlarını bərpa edirlər”.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib