×
A
A
A
Sazlamalar

Leninqrad vilayətinin nümayəndələri Azərbaycan vətəndaşlarını festivala dəvət edirlər

Bakı, 4 aprel, AZƏRTAC

Biz, Leninqrad vilayəti hökumətinin nümayəndələri, öz turizm potensialımızı təqdim etmək üçün Bakıya ilk dəfə gəlmişik. Bizim region Moskva ilə Sankt-Peterburq arasında yerləşir. Sankt-Peterburqdan Moskvaya və əks istiqamətdə gedən yol boyunca yerləşən obyektlər barədə məlumat lövhələri turistlərin ərazidəki bütün görməli yerlərə baxmasına imkan verir. İnsanların ötüb keçməməsi, ayaq saxlayıb bizim regionun mədəniyyəti ilə tanış olmaları üçün bütün tədbirlər görülüb.
Leninqrad vilayəti hökumətinin nümayəndəsi, bu gün Bakı Ekspo Mərkəzində açılmış XIX “Turizm və səyahətlər” Azərbaycan beynəlxalq sərgisində (AITF 2023) iştirak edən Alyona Qolub bu fikirləri AZƏRTAC-ın müxbirinə söyləyib.
O deyib: “Leninqrad vilayəti builki sərgiyə nadir qastronomik təkliflərlə gəlib. Biz may ayında “Koryuşka gəlir” adlı çox zəngin proqramlı festival keçirəcəyik. Azərbaycan vətəndaşlarını həmin festivalda iştirak etmək üçün Leninqrad vilayətinə və Sankt-Peterburqa dəvət edirik”.

Turizm 2023-04-04 16:23:00