×
A
A
A
Sazlamalar

Nina Rumınskaya: Biz Azərbaycana bu ölkə ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün gəlmişik

Bakı, 4 aprel, AZƏRTAC

Biz öz regionumuzun nümayəndələri ilə birlikdə Azərbaycana bu ölkə ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün gəlmişik.
Pandemiyaya qədər biz həm öz qonaqlarımızı tez-tez buraya gətirirdik, həm də Dağıstanda Azərbaycandan olan qonaqları qarşılayırdıq.
Dağıstandakı “Aya-tur” turizm agentliyinin direktoru, bu gün Bakı Ekspo Mərkəzində açılmış XIX “Turizm və səyahətlər” Azərbaycan beynəlxalq sərgisində (AITF 2023) iştirak edən Nina Rumınskaya bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
N.Rumınskaya deyib: “Hazırda bizim region ilə Bakı arasında birbaşa reyslər açılıb. Bizim qonaqlar Azərbaycana gəlmək istəyirlər. Ümidvarıq ki, burada biz qəbul edən tərəf kimi çıxış edə biləcək tərəfdaşlar tapacağıq”.

Turizm 2023-04-04 14:55:00