×
A
A
A
Sazlamalar

Aleksandr Penxasov: Budəfəki sərgi əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibdir

Bakı, 4 aprel, AZƏRTAC

Biz bu gün Bakıda keçirilən beynəlxalq sərgidə “Uzbekistan Airways” şirkətini təmsil edirik. Şirkətimiz müasir donanmaya malikdir. Biz bir neçə istiqamətdə kifayət qədər geniş təmsil olunmuşuq.
“Uzbekistan Airways” şirkətinin mütəxəssisi, bu gün Bakı Ekspo Mərkəzində açılmış XIX “Turizm və səyahətlər” Azərbaycan beynəlxalq sərgisində iştirak edən Aleksandr Penxasov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
A.Penxasov qeyd edib ki, bu sərgi əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacib olmaqla bərabər, həm də şirkət barədə söhbət açmaq üçün yaxşı fürsətdir.

 

Turizm 2023-04-04 14:04:00