×
A
A
A
Sazlamalar

Moldova mətbuatında 31 Mart soyqırımı ilə bağlı məqalə dərc edilib

Kişineu, 2 aprel, AZƏRTAC

Moldova mətbuatında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Noi”, “Timpul” xəbər saytlarında rumın və rus dillərində dərc olunan məqalələrin müəllifi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovdur.
Məqalədə qeyd olunur ki, Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim yüksək ehtiramla yad edir və dünyanın heç bir yerində təkrarlanmaması üçün bütün dünyanı bu tarixi hadisələrdən ibrət almağa çağırır.
Soyqırımı hadisələri 1918-ci ilin martında Bakı, Şamaxı Qubada baş verdi. Sonra respublikada sovet hakimiyyətinin qurulması zamanı əsasən yerli sakinlər - müsəlmanlar arasında minlərlə qurbana səbəb olan kütləvi millətlərarası toqquşmalar baş verdi. Ermənilərin törətdikləri soyqırımı nəticəsində 20 minə yaxın dinc azərbaycanlı - qadın, uşaq və qoca təkcə milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, evlər yandırılıb, talan, edilib, milli mədəniyyət abidələri, dini ibadətgahlar talan, məhv edilib. Həmin günlərdə Bakı şəhərində, eləcə də Bakı quberniyasında, Şamaxıda, Qubada və digər şəhər və rayonlarda olan on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilib.
Səfir məqalədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tarixi xronologiyaya geniş yer verib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

31 mart 2023-04-02 18:38:00