Parisdə azərbaycanlı rəssamın əsəri böyük maraqla qarşılanıb
Paris, 15 fevral, AZƏRTAC
Fransada “Grand Palais Ephmere”də “Art en Capital 2023” sərgi salonu açılıb. Salonda Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun davamçısı Nigar Nərimanbəyovanın da əsərləri nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, salonda nümayiş olunan əsərlər münsiflər heyəti tərəfindən seçilib. Tanınmış rəssamların əsərlərinin nümayiş olunduğu “Art en Capital 2023”də Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın “Votsap” əsəri böyük maraqla qarşılanıb.
N.Nərimanbəyova Azərbaycanı belə möhtəşəm sərgidə təmsil etməkdən qürur duyduğunu bildirib.
Fransa prezidentinin himayəsi ilə keçirilən sərgi fevralın 19-dək davam edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb